Poçt şöbələri, bələdiyyə və apteklərdən oğurluq edən keçmiş məhkum yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlhamə Bayramovaya məxsus aptekdən 1560 manat pul, 5 saylı Qaz İstismar Sahəsinin inzibati binasından 3234 manat pul, 1 ədəd noutbuk və digər əşyalar, Mehdiabad Poçt Şöbəsindən 1 ədəd seyf, Mehdiabad qəsəbə bələdiyyəsinin inzibati binasından 1 ədəd fotoaparatı oğurlamış Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhbub Əliyev tutulub.
Məhbub Əliyev ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayının 25-də qəsəbə sakini Məhərrəm Pirniyənin evindən 1 ədəd noutbuku da oğurlaması müəyyən edilib.