Piyadanı vurub qaçan sürücü tutuldu
05 iyul 2016 12:35 (UTC +04:00)

Piyadanı vurub qaçan sürücü tutuldu

Ağcabədi rayonunda piyadanın yaralanması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, iyulun 3-də saat 23 radələrində Ağcabədi rayonunun Aran kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Elnur Həsənov vurulub. E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, rayon sakini Məmməd İsmayılov saxlanılıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar