Bu gecə saat 01:33 radələrində Şamaxı rayonunda, Pirquludan 16 km şimali-qərbdə zəlzələ baş verib. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, zəlzələ Pirquluda 3.0 bala qədər hiss olunub.
Tikililərdə dağıntılar yoxdur.
Qeyd edək ki, martın 13-də də Priquluda 3 bal gücündə zəlzələ qeydə alınıb.