Pirallahıda mağaza yandı
30 noyabr 2015 22:55 (UTC +04:00)

Pirallahıda mağaza yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Pirallahı rayonunda sahibi məlum olmayan ümumi sahəsi 420 kv.m olan birmərtəbəli, hazırda fəaliyyət göstərməyən ərzaq mağazasının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

 

Mağazanın qalan hissəsi və bitişik əczəxana yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar