Bu gecə paytaxta yağan yağış yollarda qəzalara səbəb olub. APA-nın xəbərinə görə, Binəqədi rayonu, Azadlıq prospekti ilə hərəkət edən sürücü qəfil idarəetməni itirərək maşını yol kənarındakı maneəyə çırpıb. "99 EM 601" dövlət nömrə nişanlı "KİA" markalı avtomobili idarə edən Kamilova Solmazın bildirdiyinə görə, yağışa görə yolu yaxşı görməməsi səbəb olub. Qəza nəticəsində sürücü xəsarət almasa da, maşına ciddi ziyan dəyib.
Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsi tərəfindən araşdırma aparılır.