Paytaxtda  "Lexus",  Sumqayıtda - "Ford" yanıb
25 noyabr 2016 03:38 (UTC +04:00)

Paytaxtda "Lexus", Sumqayıtda - "Ford" yanıb

Bakı və Sumqayıtda avtomobil yanıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda vətəndaşa məxsus "Lexus" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Sumqayıt şəhərində vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar