Paytaxt derbisinin vaxtı açıqlandı - <span style="color:red;">PROQRAM
20 fevral 2014 13:00 (UTC +04:00)

Paytaxt derbisinin vaxtı açıqlandı - PROQRAM

Futbol üzrə Topaz Premyer Liqasında XXIII turun proqramı açıqlanıb. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası qarşıdakı turun bütün oyunlarını fevralın 23-ə təyin edib.

 

İlk iki matç autsayderlərin iştirakı ilə keçiriləcək. Əvvəlcə “Rəvan” “Qəbələ”nin qonağı olacaq, ardından son pillədəki “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Mərkəzi görüş “İnter” və “Bakı” arasında baş tutacaq. Bu iki komanda qış fasiləsindən sonra məğlubiyyət üzü görməyib. “Bakı” ardıcıl 4 qələbəyə sevinibsə, “İnter” 4 oyundan 3 qələbə, 1 heç-heçə ilə ayrılıb. “Şəfa” stadionunda keçiriləcək paytaxt derbisi saat 16:00-da başlanacaq. 

 

Tura lider “Qarabağ”ın “Simurq”la ev, Mustafa Dənizlinin baş məşqçi postuna gəlişindən sonra ilk məğlubiyyətini alan “Xəzər Lənkəran”ın AZAL-la səfər matçlarından sonra yekun vurulacaq. 

 

23 fevral (bazar)

 

13:00. “Qəbələ” – “Rəvan” (Bakı)
Qəbələ şəhər stadionu

 

15:00. “Sumqayıt” – “Neftçi” (Bakı)
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydan

 

16:00. “İnter” (Bakı) – “Bakı”
Bakı, “Şəfa” stadionu

 

17:00. AZAL (Bakı) – “Xəzər Lənkəran”
Bakı, “AZAL Arena”

 

17:00. “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

# 383
avatar

Oxşar yazılar