Reklam lövhəsi aşdı, ölənlər var
14 may 2024 01:37 (UTC +04:00)

Reklam lövhəsi aşdı, ölənlər var

Hindistanın Maharaştra ştatınıda qum fırtınası baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mumbay şəhərində fırtına reklam lövhəsini aşırıb.

Nəticədə 8 nəfər ölüb, 70 nəfər xəsarət alıb, daha 30 nəfərin isə aşan lövhənin altında qalıb.

Bu barədə yerli polisə istinadən məlumat yayılıb.

Reklam lövhəsi yanacaqdoldurma məntəqəsinin qarşısında yerləşib. İnsident zamanı nəhəng lövhə birbaşa insanların və avtomobillərin olduğu yanacaqdoldurma məntəqəsinə düşüb.

Hadisə yerində xilasedicilər işləyirlər.

# 1566
avatar

Oxşar yazılar