Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb.
Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, işlər planına Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “İctimai iştirakçılıq haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Reklam haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihələri və Rəqabət Məcəlləsinin layihəsi salınıb.
İşlər planına “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Elm siyasəti haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, o cümlədən Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında və Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri də daxil edilib.