Quldurluqda təqsirləndirilən Ayaz Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan A.Babayev məhkəmə zalında həbs olunub.
İttiham aktına əsasən, A. Babayev ötən il Nəsimi rayon ərazisində yerləşən "Muğan" bağında Xəyyam Qiyasbəylinin yanında əyləşib onunla söhbət edib. Bu zaman X.Qiyasbəyliyə zəng gəlib, lakin o, telefonun kodunu aça bilməyib və onu A.Babayevə verib. A.Babayev də telefonu əlinə alıb, oradan uzaqlaşmaq istəyib. X.Qiyasbəyli isə onun pencəyindən tutub. A.Babayev onu yumruq təpiklə vurub, hadisə yerindən uzaqlaşıb. i X.Qiyasbəylinin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Babayevin barəsində həbs qətimkan tədbiri seçilməyib.