Parisdə Rusiya və Əsəd əleyhinə aksiya keçirilib
14 dekabr 2016 05:48 (UTC +04:00)

Parisdə Rusiya və Əsəd əleyhinə aksiya keçirilib

0

Parisdə Rusiya və Suriya ordularının Hələbə endirdikləri zərbələrin əleyhinə aksiya keçirilib.  

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, aksiyaya yüzdən çox siyasətçi, hüquq müdafiəçisi və Suriya icmasının nümayəndələri qatılıb.  

 

Etirazçılar Yelisey sarayı və DİN binasının yaxınlığında toplaşaraq Parisi və beynəlxalq ictimaiyyəti şərqi Hələbdə qanın tökülməsinə göz bağlamamağa çağırıblar.   

 

Aksiya iştirakçıları “Hələb bəşəriyyətin qəbrinə çevrilib”, “Suriyada uşaqlar bombardman edilir” və sair kimi şüarlar səsləndiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar