Oğuzda vətəndaşdan ov tüfəngi və patron götürülüb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Padar kənd sakini Kənan Qədirovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.
Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini K.Qədirov tutulub.