Özünü bulvarda öldürmək istədi
24 noyabr 2015 10:41 (UTC +04:00)

Özünü bulvarda öldürmək istədi

0

Bakı bulvarında növbəti dəfə intihara cəhd olub. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən saat 16:30 radələrində 1981-cu il təvəllüdlü Məmmədov Mais Knyaz oğlu özünü dənizə atmaqla intihar etməyə cəhd edib.

 

Dənizkənarı Milli Parkın ərazisindəki şəxslərin köməkliyi ilə intihara cəhdin qarşısı alınıb.

 

Mais Məmmədov poilisdə izahat verib. O bildirib ki, maddi-sosial problemləri ilə bağlı özünü öldürmək istəyir. Məlum olub ki, 34 yaşlı bu şəxsin 3 övladı olmasına baxmayaraq həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Bununla əlaqədar sosial yardım ala bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar