İntihar məqsədi ilə özünü su kanalına atmış Beyləqan sakini xilas edilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 7-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yaşayan Nərgiz Məmmədova intihar məqsədi ilə özünü “Xan qızı” su kanalına atıb. O, polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Araşdırmalar aparılır.