Gəncədə iki yaşlı uşaq şampundan zəhərlənib. Gəncə şəhər 2 saylı uşaq xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 2011-ci il təvəllüdlü Aidə Turan qız Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə 2 yaşlı uşağın həyatı xilas edilib. Araşdırma zamanı məlum olub ki, Aidə Əhmədzadə içərisində köpük olan uşaq oyuncağı ilə oynayarkən səhvən onun içərisindəki şampunu içib. Hazırda uşağın səhhətinin normal olduğu bildirilir.