Övladının yanında 27 bıçaqla qətlə yetirilən menecerin məhkəməsi davam edir
04 oktyabr 2016 10:21 (UTC +04:00)

Övladının yanında 27 bıçaqla qətlə yetirilən menecerin məhkəməsi davam edir

0

Bakıda məşhur mağazanın menecerini öldürməkdə təqsirləndirilən Paşa Qələndərov birinci instansiya məhkəməsinin hökmdən apellyasiya şikayəti verib.

 

Lent.az-ın məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası oktyabrın 5-nə təyin edilib.

 

Qeyd edək ki, qətl keçən il Nizami rayonu Keşlə qəsəbəsində baş verib. "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü P.Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Qələndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar