İyul ayının 7-də dənizdə batmaq təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, xilasedicilər tərəfindən tərəfindən Bilgəh, Zağulba, Nardaran və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.
Dövlət Xidməti əhaliyə xəbərdarlıq da edib. Xəbərdarlıqda əhalinin qeyri-çimərlik, o cümlədən qadağan olunmuş ərazilərdən çimərlik kimi istifadə etməməsi tövsiyə olunub.