Bank müdirini öldürənlərin məhkəməsi keçirilib
08 dekabr 2015 15:53 (UTC +04:00)

Bank müdirini öldürənlərin məhkəməsi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın  məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Səfərovun müdafiəçisi Cavid Rzazadə vəsatət qaldırıb.

 

Vəkil məhkəmə istintaqının yenidən aparılmasını istəyib. Vəsatət təmin edilməyib.

 

Hakim müdafiə çıxışı üçün təqsirləndirilən şəxslərin müdafiəçilərinə söz verib. Lakin vəkil Vasif İsrafilov çıxış üçün məhkəmədən bir ay vaxt istəyib. Onun xahişi qismən təmin edilib.

 

Məhkəmə prosesi dekabrın 15-də davam edəcək.

 

Xatırladaq ki, ötən prosesdə prokuror S.Quliyevin ömürlük, Mövlüd Səfərovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, bu il aprelin 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

 

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (qəsdlə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.3-cü (qəsdlə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələri ilə ittiham edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46