Orxan Zeynalovun həbs müddəti 4 ay uzadılıb - <span style="color:red;">YENİLƏNİB
09 aprel 2014 10:13 (UTC +04:00)

Orxan Zeynalovun həbs müddəti 4 ay uzadılıb - YENİLƏNİB

Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsində Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxılıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, O. Zeynalovun həbs müddəti iyulun 10-a qədər uzadılıb.

 

Qeyd edək ki, O. Zeynalovla bağlı cinayət işinin təhqiqatı martın sonlarında başa çatıb.

 

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

 

Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini etiraf edib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1253
avatar

Oxşar yazılar