Cavid və Cahid Rəhimov qardaşlarını qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə Zaur Tərlanov 1-ci instansiya məhkəməsinin qərarından narazıdır. Onun şikayəti üzrə məhkəmənin ilkin baxış iclası iyunun 10-na təyin edilib. O, cəzasının azaldılmasını istəyir.
Qeyd edək ki, Zaur Tərlanov mübahisə zəminində Cavid və Cahid Rəhimov qardaşlarını odlu silahla öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib.