Ölkəyə qanunsuz qızıl-zinət əşyaları keçirən şəxs saxlandı
25 noyabr 2015 18:53 (UTC +04:00)

Ölkəyə qanunsuz qızıl-zinət əşyaları keçirən şəxs saxlandı

0

 

Ölkəyə qanunsuz qızıl-zinət əşyaların keçirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun nəzarət zonasına daxil olan Rəşad Bəşirovun idarə etdiyi “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinə baxış zamanı həmin avtomobilin sükanının alt hissəsindəki boşluqda polietilen bağlamada - sırğa, üzük və kulondan ibarət və ümumi çəkisi 172,85 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar