Ölkəyə  9mm çaplı tapança gətirilməsinin qarşısı alınıb
14 yanvar 2013 20:11 (UTC +04:00)

Ölkəyə 9mm çaplı tapança gətirilməsinin qarşısı alınıb

 Azərbaycan gömrükçüləri ölkəyə gizli yolla pnevmatik silah gətirilməsi faktını aşkarlayıblar. Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyədən gələn Azərbaycan vətəndaşları Naib Hüseynov və Adil Soltanova məxsus əl çantalarına gömrük nəzarəti keçirilib. Baxış zamanı həmin çantalardan müvafiq olaraq üzərində "Ekol Special 99 cal. 9 mm P.A. EU1218434" yazılmış 1 ədəd pnevmatik tapança, 1 ədəd səsboğucu və 50 ədəd 9 mm kalibirli patron və üzərində "Kral Fırtına Magnum 9 mm A.13658-12" yazılmış 1 ədəd pnevmatik tapança, 1 ədəd səsboğucu və 50 ədəd 9 mm kalibirli patron gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilib.

 

# 1719
avatar

Oxşar yazılar