Olimpiya kompleksinin qarşısında faciəvi hadisə: ölən və yaralanan var
19 aprel 2013 09:57 (UTC +04:00)

Olimpiya kompleksinin qarşısında faciəvi hadisə: ölən və yaralanan var

 

Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zabrat-Maştağa şosesində “VAZ 2106” markalı avtomobil Mustafayeva Ayşən Nazim qızını və Namazova Zina Tural qızını vurub. Z.Namazova hadisə yerindəcə keçinib. A.Mustafayeva ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2-ci (ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətmə) və 264-cü (hadisə yerindən qaçma) maddələri ilə iş başlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5250
avatar

Nizam Rza

Oxşar yazılar