Bakı şəhər Baş Polis İdarəsi müğənni Samir Mustafayevin qətli ilə bağlı rəsmi məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 12-si saat 02.00 radələrində Salamzadə küçəsi, 34 ünvanından 25-30 yaşlarında kişi çoxsaylı bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə gətirilib və orada ölüb.
Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətlə yetirilmiş şəxsin Tərtər rayon sakini Samir Mustafayev olması müəyyən edilib. Cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Aydın Orucov tutulub.
Qeyd edək ki, mərhum muğam ifaçısı olub.