Azərbaycanda iri çaplı patronun partlaması nəticəsində iki nəfər ağır xəsarət alıb. Oğuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, mayın 3-də Oğuz rayonunda yaşayan Süleyman Haqverdiyev və qohumu, Şəmkir rayon sakini Adil Ələkbərov tapdıqları iriçaplı patronun arxa hissəsinə çəkiclə vurarkən partlayış baş verib. Nəticədə, A.Ələkbərov əl nahiyəsindən, S.Haqverdiyev isə baş və qol nahiyələrindən xəsarət alıblar. A.Ələkbərov və S.Haqverdiyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oğuzda patron partladı: yaralananlar var
649