Oğurluqla məşğul olan cinayətkar dəstənin üzvlərinə hökm oxunub
21 iyul 2016 17:52 (UTC +04:00)

Oğurluqla məşğul olan cinayətkar dəstənin üzvlərinə hökm oxunub

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Vaqif Ağayev 8 il, Asəf Əliyev 9 il 6 ay, Elnur Əliyev 10 il, Elvin Əliyev 7 il 6 ay, Tural Əzizov isə 9 il 7 ay müddətində azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, dəstə üzvləri ötən il Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən içərisində 40 000 manat və 20 000 ABŞ dolları, habelə 50 000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar