Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən 1979-cu il təvəllüdlü Otello Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Otello Bəşirov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Otello Bəşirov Bakı şəhər sakinlərinin evindən oğurluq edib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Otello Bəşirov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177-ci( oğurluq) maddəsi ilə ittiham verilib.