Oğurladığı kartdan 940 manat çıxardı
20 oktyabr 2017 12:48 (UTC +04:00)

Oğurladığı kartdan 940 manat çıxardı

Bakıda bankomat kartı oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini olan bir şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib. O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib. 

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. 

Araşdırmalarla onun Lerik rayon sakini Cəmşid Alışov olduğu məlum olub. O, törətdiyi əməli etiraf edib və bildirib ki, həmin bankomat kartını küçədən tapıb. Kartın kodu üzərində yazıldığından hesabdakı məbləği çıxarıb.  

Faktla əlaqədar cinayət işi başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar