Oğurluqda təqsirləndirilən İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyev birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, ötən il fevral ayının 1-də Bakı şəhər sakinləri İ.Ağayev, V.Qurbanov və N.Şirəliyev Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Alış Nağıyev, Amil Xankişiyev, Əlisəfa Mustafayev, Aytəkin Piriyeva, Əlislam Qasımov və Ramin Əbilova məxsus ev və avtomobillərdən pul, qızıl əşya və sənəd oğurlamaları, Famil Xankişiyevin evindən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qurbanovla N.Şirəliyevin hər biri 8 il 6 ay və İ.Ağayev isə 7 il isə müddətində azadlıqdan məhrum ediliblər.