Oğlan üstündə qətl törədən 16 yaşlı qıza <span style="color:red;">AĞIR CƏZA
30 aprel 2015 17:32 (UTC +04:00)

Oğlan üstündə qətl törədən 16 yaşlı qıza AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 16 yaşlı Aydan Xalitovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az- ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə A. Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il noyabrın 27-də 1998-ci il təvəllüdlü Aydan Xalitova münaqişə zəminində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayevanı bıçaqla qətlə yetirib. İstintaq zamanı münaqişənin oğlan üstündə baş verdiyi məlum olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Səlcuq Elçin

Oxşar yazılar