Mağazadan oğurluq edən Lerik rayon sakinləri saxlanılıb.
Lent.az-ın DİN mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Biləsuvarda mağazalardan oğurluq hadisəsi baş verib. Belə ki, rayon ərazisindəki mağazaların birindən 340 manat, quraşdırılan ödəmə terminalından 3616 manat pul, digər mağazadakı terminaldan isə 391 manat pul oğurlanıb. Rayon polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakinləri T.Dadaşov və S.Azadov şübhəli qismində saxlanılıb.
Mehman Nəbiyev