DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a Mingəçevirdə baş verən oğurluq hadisəsi barədə məlumat daxil olub. Məlumata görə, avqustun 30-da obyektlərin birindən 4 ədəd əhəng daşı bişirmək üçün istifadə edilən soba oğurlanıb.
Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları əvvəlcədən daxil olan həmin məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə şəhər sakini Akif Hüseynov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Təqsirləndirilən şəxs verdiyi ifadədə, oğurladığı sobaları hissələrə ayıraraq metal qəbulu yerlərinə 1200 manata satdığını deyib. Əldə olunan bu fakt əsasında davam etdirilən tədbirlərlə sobaların hissələri həmin metal qəbul yerlərindən sübut kimi götürülüb.
Faktla bağlı ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
Mehman Nəbiyev