Obamanın bibisi ölüb
09 aprel 2014 10:41 (UTC +04:00)

Obamanın bibisi ölüb

ABŞ prezidenti Barak Obamanın bibisi Zeytuni Onyanqo ölüb. Lent.az-ın məlumatına görə, yaşlı qadın Bostondakı qocalar evində yuxuda ikən dünyasını dəyişib.

 

Onyanqo B.Obamanın atasının doğma bacısı olub. O, 2000-ci ildə Keniyadan ABŞ-a köçüb, 2002-ci ildə isə vətənindəki çətin siyasi durumla əlaqədar siyasi sığınacaq istəyib. Sorğusu rədd edilsə də, qadın qaçqın statusuna nail olmaq üçün cəhdlərini davam etdirib. 2010-cu ildə Bostonda miqrantların işinə baxan hakim onun iddiasını təmin edib. Onyanqo yaşayış yeri və işləməyə razılıq alıb.

 

Onun vəziyyəti bu ilin yanvarında pisləşib. Obamanın qohumu Giyene-Barri sindromundan əziyyət çəkirdi və  qismən iflic olmuşdu. Onyanqo vətənində proqramçı işləsə də, ABŞ-da müəllim və hüquqi məsləhətlərdən qazanırdı.

 

Prezident Obama öz bibisinə çox isti yanaşıb, avtobioqrafik kitabında onu Zeytuni adlandırıb. Atasını sonuncu dəfə 10 yaşında görmüş ABŞ rəhbəri onun barəsində bibisindən çox şey öyrənib. Lakin Obama Onyanqonun taleyi ilə bağlı məhkəmə qərarına qarışmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar