Obama İŞİD-lə bağlı iclas keçirəcək
12 dekabr 2015 00:01 (UTC +04:00)

Obama İŞİD-lə bağlı iclas keçirəcək

Dekabrın 14-də ABŞ prezidenti Barak Obama Pentaqonda Milli Təhlükəsizlik Şurasının İŞİD-lə mübarizəyə həsr olunmuş iclasını keçirəcək və bəyanatla çıxış edəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

 

“Prezident Obama İŞİD-in məhv edilməsinə yönələn hərbi əməliyyatlarla bağlı məlumatlandırılacaq. O,  milli təhlükəsizlik üzrə komandasına strategiyamızın müxtəlif aspektlərini qiymətləndirmək tapşırığını verib. Hazırda İŞİD-ə qarşı mübarizəyə dair strategiyamızda hər hansı yeniliyin olub-olmayacağı barədə məlumatım yoxdur”, deyə C.Ernest qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar