Nida Vətəndaş Hərakatının narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elgiz Qəhrəmanovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Elgiz Qəhrəmanın anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Fariz Namazlı bir neçə vəsatətlə çıxış edib.
Hakimlər kollegiyası verilən vəsatətləri təmin etməyib. Proses mayın 5-ə təyin edilib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
E. Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hölkümü ilə 5 il 6 ay müddətinə azadlıq məhrum edilib.