Bakı Apellyasiya Məhkəməsində narkotiik maddələrin qununsuz dövriyyəsində təqsirləndirilən Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində seçilən həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Lent.az-ın məlumatına görə, hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Bayram Məmmədovun şikayəti təmin edilməyib.
Xatırladaq ki, Xətai rayon Məhkəməsində Bayram Məmmədov barəsində həbs-qətimkan tədbiri 2 ay 1 gün - noyabrın 11-ə kimi artırılıb.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.