Bu gün Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhraman barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.
Lent.az-a bu barədə vəkil Fariz Namazlı məlumat verib.
O bildirib ki, hakim Vaqif Mursaqulovun sədrliiyi ilə baxılan şikayət təmin edilməyib. Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə qalıb. F.Namazlı bildirib ki, Elgiz Qəhrəman məhkəməyə gətirilməyib: "O məktubla məhkəməyə müraciət edib , ki barəsində seçilən həbs qətiimkan tədbirinə etiraz etmir, prosesdə iştirak etmək istəmir". Vəkil bildirib ki, Elgiz Qəhrəman hələ də "Bantondel"dədir.
Qeyd edək ki, Elgiz Qəhrəmana Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəman barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, avqustun 12-də saxlanılıb. Verilən ittihama görə, Onun üzərinə baxış zamanı 3,315 qram heroin aşkarlanıb.
Avqustun 13-də isə E.Qəhrəman barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.