NİDA-çı gəncin məhkəməsi təxirə düşdü
08 sentyabr 2016 17:24 (UTC +04:00)

NİDA-çı gəncin məhkəməsi təxirə düşdü

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərakatının narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən üzvü Qiyas İbrahimovun cinayət işi məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın  məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Qiyas İbrahimovun həbs müddəti baş çatdığından onun barəsindəki həbs-qətimkan tədbiri uzadılıb. Hazırlıq iclası sentyabrın 20-ə qədər təxirə salınıb.

 

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar