Nida Vətəndaş Hərəkatının polisə müqavimət göstərməkdə təqsirli bilinərək 30 sutka həbs cəzası alan üzvü Rəhim Vəliyevin şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb. Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Nida-çının şikayəti təmin edilməyib. Nərimanov rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Rəhim Vəliyev polisə müqavimətdə təqsirli bilinib. Nərimanov rayon Məhkəməsinin qərarına görə Rəhim Vəliyev 30 sutka həbs cəzası alıb.