NİDA-çı gəncin vəsatətləri təmin edilmədi
20 sentyabr 2016 17:26 (UTC +04:00)

NİDA-çı gəncin vəsatətləri təmin edilmədi

0

 

Bu gün NİDA Vətəndaş Hərakatının narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən üzvü Qiyas İbrahimovun cinayət işi məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elçin Sadıqov vəsatətlərlə çıxış edib.

 

O, cinayət işinə xitam verilməsini və əlavə şahidləri məhkəmə dəvət edib dindirilməsini istəyib. Vəsatətlər təmin edilməyib.

 

Məhkəmənin hazırlıq iclası sentyabrın 27-də davam etdiriləcək

 

 

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar