Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Dekabr
29 dekabr 2016 20:09 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Dekabr

GÜNÜN ŞƏRHİ

Türkiyənin Suriya planı hazırda belədir: fürsətdən istifadə edib tez bir zamanda Əl-Babı İŞİD-dən təmizləmək. Bundan sonra isə növbədə Afrin var. Adı çəkilən ərazi Suriyanın şimalında Azad Suriya Ordusunun və Əsəd qüvvələrinin nəzarət etdiyi ərazilərin arasında olan bir bölgədir və Türkiyə bu bölgəni Hatay və Kilis üçün təhlükə hesab edir.

 

Türk rəsmiləri məqsədlərinə çatmaq üçün Suriyada söz sahibi olan Rusiya ilə münasibətləri ən yüksək səviyyədə saxlamaq üçün və lazım gəldikdə bəzi məsələlərdə güzəştə getməlidir və gedir. Ərdoğandan sonra Çavuşoğlunun "ABŞ PYD-YPG-yə silah verir, yardım edir" açıqlamaları da daha çox Moskvaya sədaqətli müttəfiqlik mesajıdır. Həmçinin Ankaranın bu cür israrı bu məsələdə dəqiq məlumatlara malik olduqlarını da deməyə əsas verir.

 

Eyni zamanda Türkiyə ABŞ-la da münasibətləri tam korlamaq fikrində deyil. Çavuşoğlunun Rusiyanın Suriyanın başında saxlamaq istədiyi Əsədlə heç bir danışığa getmək fikrində olmadıqlarını dilə gətirməsi isə Vaşinqtona göndərilən ismarıcdır. Türkiyənin bu siyasətinin hansı nəticə verəcəyini bir müddət gözləmək lazım gələcək... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

APA TV

Oxşar yazılar