Nərimanovda ev yanıb
12 aprel 2014 11:00 (UTC +04:00)

Nərimanovda ev yanıb

Bakının Nərimanov rayonunda həyəcanlı anlar yaşanıb. Lent.az-ın Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, 3 otaqlı mənzildə yanğın baş verib. Yanğın zamanı vətəndaşa məxsus evin 1 otağa və dəhlizinə yığılmış məişət tullantıları olan sahədə və ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə edilib və 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Stansiyasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

 

 

# 435
avatar

Oxşar yazılar