Nərimanov rayonunda yanğın olub - <span style="color:red;">YENİLƏNİB
12 aprel 2014 09:45 (UTC +04:00)

Nərimanov rayonunda yanğın olub - YENİLƏNİB

Bakının Nərimanov rayonunda mənzil yanıb.

 

APA-nın məlumatına görə, yanğın baş verən mənzildə iki kimsəsiz qadın yaşayır. Tüfeyli həyat tərzi sürən qadınlar küçələrdən məişət tullantılarını evə daşıyırlarmış. Qonşuların şikayətlərindən sonra dəfələrlə ev təmizlənsə və yığılan məişət tullantıları daşınsa da, qadınlar son günlərə qədər evə zibil daşımaqda davam ediblər.

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 1 otağına və dəhlizinə yığılmış məişət tullantıları 30 kv.m sahədə və ev əşyaları 4 kv.m sahədə yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə edilib və 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Stansiyasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

# 782
avatar

Oxşar yazılar