Nəqliyyat Nazirliyi ilə Dövlət Xidməti arasında məhkəmə çəkişməsi
07 aprel 2014 15:06 (UTC +04:00)

Nəqliyyat Nazirliyi ilə Dövlət Xidməti arasında məhkəmə çəkişməsi

“Quba-Nəqliyyat” ASC Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsini məhkəməyə verib. Lent.az-ın  “Qafqazinfo”ya istinadən xəbərinə görə, ASC-nin avtobusları bir müddət öncə hərbi çağırışçıları - əsgərliyə gedən gəncləri avtobusla aparıb. 
 

 

Sonra isə ASC bu işə görə pul tələb edib. Belə ki, ASC Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Quba rayon şöbəsi qarşısında çağırışçıların daşınması nəticəsində yaranmış borcun tutulması barədə məhkəmə iddiası qaldırıb.

İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılıb və işi “Quba-Nəqliyyat” ASC udub. Növbəti instansiyada - Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesin sonunda da ASC qalib gəlib.

Növbəti mərhələdə işə Ali Məhkəmədə baxılacaq.

 

# 685
avatar

Oxşar yazılar