Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidov işdən çıxarılıb.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Rafiq Məcidovla bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.