Bakıda dələduzluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, polisə müraciət edən 1990-cı il təvəllüdlü, Xətai rayon sakini Ağayev Ehtiram Əliağa oğlu bildirib ki, tanışı onun xeyli pulunu mənimsəyib.
E.Ağayev qeyd edib ki, "nazirliklərdən birində işə düzəlmək" üçün bu il aprelin 15-də metronun "İçərişəhər" stansiyasının qarşısında Hüseynov Xəqani Oqtay oğluna 1200 manat verib. Həmin şəxs 25 yaşlı oğlana verdiyi vədə əməl etməyib və aldığı pulu geri qaytarmayıb.
Müraciət əsasında araşdırma aparılır.