Nazirlik meşə gözətçisini cəzalandırdı
23 aprel 2013 11:31 (UTC +04:00)

Nazirlik meşə gözətçisini cəzalandırdı

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı meşə sahəsində ağacların qanunsuz qırılması barədə daxil olmuş şikayət məktubu yerində araşdırılıb.   

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şikayət məktubu Bakı şəhər Sabunçu rayonu Yeni Ramana qəsəbəsinin sakini Teyyub Məlikov tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilib.

 

Məktub aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olduqdan dərhal sonra Nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşları şikayətdə göstərilən Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vivəzəmin meşəbəyiliyinin 15 saylı meşə dolayında yoxlama həyata keçirib.      Meşələrin qorunub mühafizə olunması vəziyyəti yoxlanılarkən şikayətçinin iddia etdiyi Çayrud kəndinin ətrafında yerləşən Lerik MMBM-in Vivəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayında 217,10 manat köküstə nırx dəyərində 50,55 m3 həcmində 18 ədəd müxtəlif cins və diametrdə olan ağacın qanunsuz  kəsilməsi faktı aşkarlanıb. Aşkar olunmuş faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilib, təqsirkar meşə gözətçisi Ə.Almasov tutduğu vəzifədən azad olunub, meşə fonduna dəymiş ziyanın isə onun tərəfindən ödənilməsi təmin edilib. Eyni zamanda, əraziyə cavabdeh olan digər meşə mühafizə xidməti işçilərinin barəsində də intizam tənbehi tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1155

Oxşar yazılar