Nazirlər Kabinetinin sabiq referenti beynəlxalq axtarışda
28 dekabr 2012 15:30 (UTC +04:00)

Nazirlər Kabinetinin sabiq referenti beynəlxalq axtarışda

Azərbaycan Nazirlər Kabinetinin sabiq referenti Çingiz Quliyev beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, 61 yaşlı Çingiz Quliyev dələduzluqda təqsirli bilinir. Onun tutulması üçün Azərbaycan hüquq-mühafizə orqanları İnterpola müraciət edib.

 

Qeyd edək ki, Ç. Quliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir. O, vətəndaşların etibarından sui-istifadə edib, onlara maddi ziyan vurub. Ç. Quliyev bir çox vətəndaşa hüquqi yardım göstərmək adı ilə dələduzluq əməli törədib. Belə ki, Ç. Quliyev həbsdə olan şəxsin azadlığa buraxılması üçün pul alsa da, vədinə əməl etməyib. Zərərçəkmişin şikayətindən sonra isə o, saxlanılıb. Onun barəsində başqa yerə getməmək və yaşayış yerini dəyişməmək barədə qərar qəbul olunub.


Bu ilin əvvəlində Ç. Quliyevin barəsində başlanan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, Ç. Quliyev məhkəmə proseslərinə qatılmayıb. Bunun üçün də məhkəmə onun barəsində axtarış elan olunması haqqında qərar verib. Lakin Ç. Quliyevi respublika ərazisində tapmaq mümkün olmayıb. Araşdırmalar zamanı onun ölkədən qaçdığı müəyyənləşib. Nəticədə onunla bağlı İnterpola müraciət edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2653
avatar

Oxşar yazılar