Nazir yaralı neftçilərə baş çəkdi
06 dekabr 2015 11:52 (UTC +04:00)

Nazir yaralı neftçilərə baş çəkdi

0

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev “Günəşli” platformasındakı qəzada yaralananlara baş çəkmək üçün Mərkəzi Neftçilər xəstəxanasında olub.

Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, səhər saatlarında xəstəxanaya gələn nazir xəstələrin vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, hazırda xəstəxanada 7 nəfər müalicə alır. Xəsarəti yüngül olan digər 23 nəfər isə artıq evə yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar