Naxçıvanda daha bir dəhşətli qəza: <span style="color:red;">3 nəfər öldü
21 aprel 2014 13:03 (UTC +04:00)

Naxçıvanda daha bir dəhşətli qəza: 3 nəfər öldü

Naxçıvan Muxtar Respublikasında daha bir ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 20-də saat 04 radələrində Babək rayonu Vayxır kəndinin ərazisində rayon sakini Rövnəq İsmayılov  idarə etdiyi “VAZ 21074” markalı avtomobili kanala aşırıb.

 

Sürücü və sərnişinləri - Babək rayon sakinləri Sunay İsmayılov və Hüseyn Məmmədov hadisə yerində ölüb, xəsarət almış digər sərnişin Sahil Allahverdiyev xəstəxanaya yerləşdirilib.

 

Araşdırmalar aparılır.

 

Qeyd edək ki, aprelin 19-da Şərur rayonunda avtomobilin aşması nəticəsində 2 nəfər dünyasını dəyişmişdi.

 

# 4575
avatar

Oxşar yazılar